Pekin-2022 Qış Olimpiya Oyunlarında kişi fiqurlu konkisürənlərin qısa proqramının püşkü atılıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Azərbaycan idmançısı Vladimir Litvintsevin buz üzərinə çıxacağı sıra nömrəsi bəlli olub.
O, sabah Bakı vaxtı ilə saat 05:22-də başlayacaq yarışa qatılacaq. Qısa proqramda 30 idmançı 5 qrupda buz üzərinə çıxacaq.
Litvintsev adətən ən zəiflərin yer aldığı 1-ci “altılıq”da bacarığını göstərəcək. O, sonuncu – 6-cı çıxış edəcək. Bu qrupda Kanada, İsveç, İsveçrə, Estoniya və Çin təmsilçisi də buz üzərinə çıxacaqlar.
Qeyd edək ki, kişi fiqurlu konkisürənlərin sərbəst proqramı fevralın 10-da baş tutacaq.