"Barselona"nın futbolçusu tarixə düşüb

A- A A+

İspaniyanın "Barselona" klubunun futbolçusu Daniel Alveş XXI əsrdə 1000-ci matçına çıxıb.

NUHÇIXAN İnformasiya Agentliyi Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı cinah müdafiəçisi buna "Atletiko" (Madrid) komandasını 4:2 hesabı ilə məğlub etdikləri La Liqanın XXIII tur oyununda nail olub.

Braziliyalı oyunçu hazırda İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən Kriştianu Ronaldudan geri qalır.

Madrid klubu ilə görüşdə Kataloniya təmsilçisinin 4-cü qoluna imza atan təcrübəli futbolçu həm də "Barselona" tarixinin ən yaşlı qolçusu olub. Alveş 1963/1964 mövsümündə 37 yaşında fərqlənmiş Joan Seqarranın rekordunu qırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: