Azərbaycan Super Liqasında ikinci dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib

A- A A+

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında ikinci dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ölkə çempionatının beşinci turunun matçları fevralın 8-də və 11-də təşkil olunacaq.

Fevralın 8-də əvvəlcə meydana “Abşeron” və “Azərreyl” komandaları çıxacaq. Oyun saat 16:00-da başlayacaq. Bu qarşılaşmadan 2 saat sonra “Murov” - UNEC duelinə start veriləcək.

Fevralın 11-də isə ikinci dövrənin son oyunları keçiriləcək. Altıncı turun ilk qarşılaşması saat 16:00-da “Abşeron” – “Murov” komandaları arasında olacaq. Dövrəyə “Azərreyl” – UNEC görüşü ilə yekun vurulacaq. Oyunun start fiti saat 18:00-da veriləcək.

Hər iki turun görüşləri Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: