NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, fevralın 18-dək davam edəcək çempionatın ikinci turunda da maraqlı qarşılaşmalar keçirilib. Turnirin bu mərhələsində beynəlxalq qrosmeyster Vasif Durarbəyli beynəlxalq usta Məhəmməd Muradlıya, beynəlxalq usta Əhməd Əhmədzadə beynəlxalq qrosmeyster Nicat Məmmədova, FİDE ustası Xəzər Babazadə beynəlxalq qrosmeyster Misrəddin İsgəndərova, beynəlxalq qrosmeyster Aydın Süleymanlı beynəlxalq usta Murad İbrahimliyə, beynəlxalq qrosmeyster Eltac Səfərli beynəlxalq usta Pərviz Qasımova, beynəlxalq qrosmeyster Fərid Abbasov FİDE ustası Atilla Eynullayeva, beynəlxalq usta İsmayıl Şahəliyev FİDE ustası Vüqar Manafova, FİDE ustası Zaur Bayramov FİDE ustası Elmar Atakişiyevə, beynəlxalq qrosmeyster Toğrul Həsənzadə beynəlxalq qrosmeyster Urfan Sevdimalıyevə, FİDE ustası Fərid Mustafayev FİDE ustası Elvin Bayramova, beynəlxalq usta Talıb Babayev FİDE ustası Uğur İlyaslıya, FİDE ustası Şiroğlan Talıbov isə FİDE ustası Sadiq Məmmədova qarşı mübarizə aparıb.
Nəticələrinə gəldikdə, beynəlxalq qrosmeysterlər Vasif Durarbəyli, Misrəddin İsgəndərov, Aydın Süleymanlı, Eltac Səfərli, Fərid Abbasov, beynəlxalq usta İsmayıl Şahəliyev, o cümlədən FİDE ustaları Elvin Bayramov, Sadiq Məmmədov qələbə qazanan tərəf olub. Digər qarşılaşmalar heç-heçə yekunlaşıb.
Qeyd edək ki, çempionatda I-IV yerləri tutan şahmatçılar mart ayında Sloveniyada keçiriləcək kişilər arasında Avropa çempionatına vəsiqəni əldə edəcək.
Azər Zeynalov