NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, çempionatın 3-cü oyun günündə beynəlxalq qrosmeyster Misrəddin İsgəndərov beynəlxalq qrosmeyster Vasif Durarbəyli ilə, beynəlxalq qrosmeyster Nicat Məmmədov beynəlxalq qrosmeyster Aydın Süleymanlı ilə, beynəlxalq qrosmeyster Eltac Səfərli beynəlxalq usta Əhməd Əhmədzadə ilə, beynəlxalq usta İsmayıl Şahəliyev beynəlxalq qrosmeyster Fərid Abbasovla, beynəlxalq usta Məhəmməd Muradlı FİDE ustası Uğur İlyaslı ilə, FİDE ustası Elmar Atakişiyev FİDE ustası Xəzər Babazadə ilə, FİDE ustası Sadiq Məmmədov beynəlxalq usta Murad İbrahimli ilə, beynəlxalq usta Pərviz Qasımov FİDE ustası Elvin Bayramovla, beynəlxalq qrosmeyster Urfan Sevdimalıyev FİDE ustası Zaur Bayramovla, FİDE ustası Atilla Eynullayev beynəlxalq usta Toğrul Həsənzadə ilə, FİDE ustası Vüqar Manafov FİDE ustası Fərid Mustafayevlə və beynəlxalq usta Talıb Babayev FİDE ustası Şiroğlan Talıbovla münasibətlərə aydınlıq gətirib.
Gərgin və maraqlı qarşılaşmaların sonunda beynəlxalq qrosmeyster Nicat Məmmədov, beynəlxalq ustalar Murad İbrahimli, Pərviz Qasımov, Toğrul Həsənzadə, eləcə də FİDE ustalar Xəzər Babazadə, Vüqar Manafov, Şiroğlan Talıbov və Uğur İlyaslı rəqibi üzərində qələbə əldə edib. Digər qarşılaşmalar heç-heçə ilə yekunlaşıb.
Çempionat fevralın 18-dək davam edəcək.
Azər Zeynalov