Ağbulaq İstirahət Mərkəzində gənclərin “Qış məktəbi”nin ilk mərhələsinə start verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, layihə çərçivəsində gənclər və idman naziri Ramil Hacı, Milli Məclisin deputatı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sədri Arzu Qasımovun iştirakı ilə gənclərlə görüş keçirilib.

Diqqətə çatdırılıb ki, muxtar respublikada gənclərlə iş sahəsində atılan addımlar imkan verir ki, gənclərimiz müxtəlif istiqamətlər üzrə yeni karyera və iş imkanları, o cümlədən təcrübə əldə edə bilsinlər. Bunun da bəhrəsi odur ki, istedadlı gənclərə dövlət dəstəyi göstərilir, onların əməyi qiymətləndirilir, gənc kadr kimi irəli çəkilirlər. Bütün bunlarla yanaşı, gənclərin fəaliyyətində təşəbbüskarlıq cəhdlərinin artırılması, onların yeni fikir, ideya və təkliflərlə, o cümlədən layihələrlə gündəmə gəlməsinə nail olmaq lazımdır. Qeyd olunub ki, görüşün məqsədi də məhz gənclərin problemlərini, təkliflərini dinləməklə onlara kömək etmək, müxtəlif məsələlərin həlli və yeni metodların tətbiqi ilə bağlı müzakirələr aparmaqdan ibarətdir. 

Səmimi söhbət zamanı iştirakçıların fikir və təklifləri dinlənilib, könüllülük fəaliyyəti, bədən tərbiyəsi və idmanın təbliği, innovativ inkişaf imkanları, turizmə dəstək və müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb. 

Gün ərzində “Heydər Əliyev və azərbaycançılıq” mövzusunda seminar, “Kənd turizminin təbliği” adlı müsabiqə keçirilib, axşam saatlarında isə film nümayiş olunub. 

Qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və könüllü gənclərin iştirakı ilə keçirilən “Qış məktəbi”nin birinci mərhələsi fevralın 9-da yekunlaşacaq. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: