Bu gün Serbiyanın Novi Sad şəhərində şahmat üzrə daha bir beynəlxalq turnir start götürəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycanı yarışda Abdulla Qədimbəyli təmsil edəcək. Turnir 9 turdan ibarət olacaq və İsveçrə sistemi üzrə keçiriləcək. Turnirdə 16 şahmatçı iştirak edəcək ki, onlardan da 7-si qrosmeysterlərdir.
Yarış fevralın 13-dək davam edəcək.
Qeyd edək ki, bundan əvvəl şahmatçımız Novi Sad şəhərində keçirilən beynəlxalq turnirdə 10 turdan 4 xal əldə edərək 13-cü yeri tutub.