UEFA "Neftçi" - "Qarabağ" oyunu ilə bağlı paylaşım edib

A- A A+

UEFA Konfrans Liqasının rəsmi tviter hesabı növbəti dəfə "Qarabağ" klubu haqqında paylaşım edib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, postda "köhlən atlar"ın Kadi Borgesin qolları ilə "Neftçi"ni Premyer Liqanın XV turunda 2:1 hesabı ilə məğlub etdiyi və ən yaxın izləyicisi "Qəbələ" ilə xal fərqini 10-a çatdırdığı yazılıb.

Qeyd edək ki, Azərbaycan təmsilçisi UEFA Konfrans Liqasının pley-off mərhələsində Fransa "Marsel"i ilə üz-üzə gələcək. Komanda ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: