Cüdoçularımız açıq Avropa kuboku yarışında iştirak edəcəklər

A- A A+

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə açıq Avropa kuboku yarışı keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turnirdə Azərbaycanın 22 təmsilçisinin iştirakı planlaşdırılır. Belə ki, komandamızın heyətində 16 kişi, 6 qadın cüdoçusu yer alacaq.

Turnir fevralın 12-də start götürəcək və iki gün davam edəcək.

Yarışda iştirak etmək üçün indiyədək 27 ölkədən 362 idmançı qeydiyyatdan keçib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: