“Badamlı Azərbaycan kuboku” yarışının səkkizdəbir final mərhələsinin püşkü atılıb

A- A A+

Fevralın 9-da futzal üzrə “Badamlı Azərbaycan kuboku” yarışının səkkizdəbir final mərhələsinin püşkü atılıb.

NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, Bakı İdman Sarayında keçirilən püşkatma mərasimində əvvəlcə komandalara reqlament barədə məlumat verilib, suallar cavablandırılıb. Daha sonra püşk atılıb.

Bu mərhələnin oyunları fevralın 19-20-də keçiriləcək. Yüksək Liqa komandaları bu mərhələdən mübarizəyə qoşulacaqlar. Ümumiyyətlə, 16 komandadan 2-si Birinci, 6-sı İkinci, qalan 8-i isə Yüksək liqa komandasıdır.

Püşkə əsasən, səkkizdəbir final mərhələsində “Alyans Qrup” – U-19, “Baku Fire” – İSMA, EKOL – “Record club.az”, “Advokat” – “Alyans”, “Forza Neftçi” – “Xilə”, “Baker Tilly” – “Araz–Naxçıvan”, “Neftçi” – “Atletiko Baku” və “Bibi-Heybət” – “STAR kargo-2” görüşləri keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: