Hacı Əliyev: "Dördüncü dəfə dünya çempionu olmaq istəyirəm"

A- A A+

Bir neçə gündən sonra beynəlxalq turnirdə iştirak etmək üçün Belarusa yola düşəcəyik. Əsas hədəfimiz oktyabrın sonlarında Macarıstanda keçiriləcək dünya çempionatıdır. Dördüncü dəfə dünya çempionu olmaq istəyirəm. Bu dəfə titul qazanmaq daha çətin olacaq. Çünki əvvəllər 61 kiloqram çəki dərəcəsində çıxış edirdim. İndi isə 65 kiloqramda güləşirəm. Yeni, güclü rəqiblər var. Amma əlimdən gələni edəcəyəm ki, yenə dünyanın ən güclü güləşçisi olum.

NUHÇIXAN xəbər verir ki, bunu sərbəst güləş üzrə yığmamızın üzvü, üçqat dünya çempionu Hacı Əliyev jurnalistlərə müsahibəsində deyib.

Titullu pəhləvanımız heç bir rəqibdən çəkinmədiyini də deyib: “Bütün rusiyalı güləşçilər güclüdür. Lakin heç bir rəqibdən çəkinmirəm. İstənilən güləşçi ilə qarşılaşmağa hazıram. Qalib gəlmək üçün əlimdən gələni edəcəyəm. Türkiyə yığması ilə birgə təlim-məşq toplanışında fəndlərimi gizlətməyə çalışmıram. Onsuz da rəqiblər yarışlardakı görüntülərimi izləyir. Əksinə, məşqlərdə sevimli fəndlərimdən daha çox və daha sürətli istifadə etməyə çalışıram”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: