Futbol üzrə klublararası dünya çempionatının finalçıları müəyyənləşib

A- A A+

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən futbol üzrə klublararası dünya çempionatının finalçıları müəyyənləşib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ikinci yarımfinal oyununda Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasını 1:0 hesabı ilə məğlub edən İngiltərənin "Çelsi" klubu finala yüksəlib.

Həlledici görüşdə "Çelsi" Braziliyanın “Palmeyras” komandası ilə üz-üzə gələcək. Üçüncü yer uğrunda matçda isə "Əl-Hilal" "Misirin "Əl-Əhli" klubu ilə qarşılaşacaq.

Hər iki görüş fevralın 12-də təşkil olunacaq.

Çempionatın hazırkı qalibi Almaniyanın “Bavariya” komandasıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: