Ağbulaqda təşkil olunan “Qış məktəbi”nin ilk mərhələsi başa çatıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, fevralın 7-dən 9-dək  muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Qış məktəbi”nin ilk mərhələsində gənclər 3 gün ərzində hazırlanmış proqrama uyğun olaraq burada müxtəlif intellektual oyunlarda öz bilik və bacarıqlarını sınayıblar. Tur ərəfəsində  “Heydər Əliyev və azərbaycançılıq” mövzusunda seminar, “Kənd turizminin təbliği” adlı müsabiqə və motivasiya xarakterli təlimlərdə iştirak edən  gənclər, həmçinin vətənpərvərlik mövzusuna dair filmlər izləyiblər.

Layihə çərçivəsində gənclər və idman naziri Ramil Hacı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sədri Arzu Qasımovun iştirakı ilə gənclərlə keçirilən görüş zamanı diqqətə çatdırılıb ki, muxtar respublikada yaradılan şərait, atılan addımlar imkan verir ki, gənclərimiz müxtəlif istiqamətlər üzrə yeni karyera və iş imkanları, o cümlədən təcrübə əldə edə bilsinlər. Söhbət zamanı iştirakçıların fikir və təklifləri dinlənilib, könüllülük fəaliyyəti, bədən tərbiyəsi və idmanın təbliği, innovativ inkişaf imkanları, turizmə dəstək və müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, 36 gəncin iştirak etdiyi turun ilk mərhələsində fərqlənən gənclər mükafatlandırılıb.                              

                                                               Əli İbrahimbəyli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: