Ağbulaq Xizək Mərkəzində tələbələr üçün növbəti xizəksürmə təlimi olub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Gənclər Fondu və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə universitetin məşqçilik və bədən tərbiyəsi ixtisasının tələbələri üçün “Ağbulaq” Xizək Mərkəzində təşkil olunan xizəksürmə təlimində 40-dan çox tələbə iştirak edib.
Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev vurğulayıblar ki, muxtar respublikada gənclərə göstərilən diqqət və qayğı çərçivəsində onların mütəmadi olaraq muxtar respublikanın turizm əhəmiyyətli məkanlarına ekskursiyaları təşkil edilir. Bildirilib ki, bu dəfəki ekskursiyanın təşkil olunmasında məqsəd gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi ilə bərabər, onların xizəkçilik idman növünə cəlbi, bu idman növünə olan marağın artırılması, xizəksürmə idman növünün inkişaf etdirilməsi və onlar arasında qış turizminin təbliğindən ibarətdir.
Qeyd edək ki, təlimlər mərkəzin ixtisaslı mütəxəssisləri tərəfindən keçirilir.
Əli İbrahimbəyli