UEFA prezidenti Çempionlar Liqasının formatının dəyişdiriləcəyini açıqlayıb

A- A A+

UEFA Çempionlar Liqasında yarımfinal və final oyunlarının formatını dəyişdirməyə hazırlaşır.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə qurumun prezidenti Aleksander Çeferin açıqlama verib.

Sloveniyalı funksioner bildirib ki, yenilikləri 2024/2025 mövsümündən tez tətbiq etmək mümkün deyil: "Bu ideyanı bir çox klub prezidentinə, o cümlədən Fransa PSJ-sinin sahibi Nasser Əl-Xəlafiyə çatdırmışam. Onlar da mənimlə həmfikirdirlər".

Yeni dəyişikliyə əsasən, yarımfinal və final matçlarının əvəzinə "Dördlər finalı"nın təşkil olunacağı gözlənilir. Bu halda yarımfinaldan etibarən ev-səfər görüşləri ləğv ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: