UEFA Millətlər Liqası: Azərbaycan-Kosovo oyunu başlayıb

A- A A+

Sentyabrın 7-də Azərbaycan milli komandası futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Kosovo yığması ilə qarşılaşır.

NUHÇIXAN xəbər verir ki, Bakı Olimpiya stadionunda keçirilən oyunda Azərbaycan yığmasının start heyətində Kamran Ağayev, Qara Qarayev, Pavel Paşayev, Maksim Medvedev, Mahir Mədətov, Urfan Abbasov, Emin Mahmudov, Ruslan Qurbanov, Riçard Almeyda, Ramil Şeydayev, Bədəvi Hüseynov yer alıblar.

Kosovo millisinin ilk onbirliyində isə meydana Samir Aykani, Fidan Aliti, Xerolind Şala, Xekuran Kriyeziu, Bersant Celina, Arber Zeneli, Amir Raxmani, Merqrim Voyvoda, Vedat Murici, Leart Pacarada və Edon Jeqrova çıxıblar.

Qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edir. Oyunun baş hakimi Ola Hobber Nilsendi. Ona Harald Qronevik, Oskar İsaksen və Simon İtterland kömək edirlər. Espen Andreas Eskas və Tom Harald Haqen əlavə köməkçi hakim funksiyasını yerinə yetirirlər. Portuqaliyalı Lusilio Kardozo Kortez Batista matçın hakim-inspektoru, hollandiyalı Martin Sturkenbum isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirir. Matç “CBC Sport” kanalı ilə birbaşa yayımlanır.

Milli komandamızın yer aldığı qrupun digər görüşündə Farer Adaları seçməsi Malta yığmasını qəbul edəcək. Matç Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: