Qadın futbolçulardan ibarət Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin komandası ilə yoldaşlıq oyunları keçirəcək

A- A A+

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının fevralın 14-dən 23-dək Bakıda təlim-məşq toplanışı olacaq.

NUHÇIXAN İnformasiya Agentliyi AFFA-ya istinadla xəbər verir ki, komandamız hazırlıq çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək. Millimiz fevralın 20-də və 23-də Birləşmiş Ərəb Əmirliklərinin komandası ilə qarşılaşacaq.

Hər iki qarşılaşma “Dalğa Arena”da olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: