İspaniya "Real Madrid"inin futbolçusu Kərim Benzema Fransada PSJ-yə qarşı keçiriləcək UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda iştirak edə bilər.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə "kral klubu"nun baş məşqçisi Karlo Ançelotti açıqlama verib. İtaliyalı mütəxəssis fransalı hücumçunun komanda ilə birlikdə Parisə uçacağını bildirib.
Qarşılaşma fevralın 15-də "Park de Prens" stadionunda baş tutacaq.
Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 9-da olacaq.