Muxtar respublikanın idmançıları respublika turnirlərində 10 medal qazanıblar - FOTOLAR

A- A A+

Ağdaş Olimpiya İdman Kompleksində Vətən müharibəsi şəhidlərinə həsr edilən uşu üzrə “Dəmir yumruq-4” respublika turnirində Naxçıvan Kikboksinq Federasiyasının idmançıları da iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, turnirdə muxtar respublikanı məşqçi Kaməddin Rzayevin rəhbərlik etdiyi “Şimşək” komandası təmsil edib. İdmançılardan Fərişad Süleymanov, Miryusif Seyidov və Adəm Əsgərov qızıl medala sahib çıxıblar. Məhərrəm Abbasov, Turqay Həsənli və Əli Nəsrullayev isə gümüş medal qazanıblar. Bu nəticələrlə “Şimşək” turniri komanda hesabında üçüncü sırada bitirib.

Bundan əlavə naxçıvanlı idmançılar Ağdaşda kikboksinq üzrə respublika turnirində də iştirak ediblər. Nəticələrə gəlincə, Əli Nəsrullayev ilə Fərişad Süleymanov qalib olublar, Məhərrəm Abbaslı və Turqay Həsənli isə müvafiq olaraq ikinci, üçüncü yerlərə layiq görülüblər.

Uğurlu nəticə əldə edən idmançılara diplom və medallar təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: