Pekin-2022: Çinli konkisürən yeni Olimpiya rekordu müəyyənləşdirib

A- A A+

Çinli konkisürən Qao Tinyoy “Pekin-2022” Qış Olimpiya Oyunlarında 500 metr məsafə üzrə yarışda qızıl medal qazanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Çin təmsilçisi bu məsafəni 34,32 saniyəyə qət edərək yeni olimpiya rekordu müəyyənləşdirib. Bundan əvvəlki nailiyyət norveçli Hovar Lorentsenə (34,41) məxsus olub və 2018-ci ildə Pxençxanda keçirilən Olimpiya Oyunlarında müəyyənləşdirilib. İkinci yeri cənubi koreyalı Ça Min Kyo (34,39), üçüncü yeri isə yaponiyalı Vataru Morişige (34,49) tutublar.

Bu, Çin komandası üçün dördüncü qızıl medal olub. Beləliklə, Çin komandası üç qızıl, dörd gümüş və altı bürünc medalla yeddinci yerə yüksəlib. Almaniya medal sıralamasında lider olaraq qalır (yeddi qızıl və beş gümüş medal). Norveç ikinci (7-3-6), ABŞ (5-5-1) üçüncü pillədədir. Sonrakı yerlərdə Hollandiya (5-4-1), İsveç (5-2-3) və Avstriya (4-6-4) komandaları qərarlaşıb.

Azərbaycan Qış Olimpiadasında iki idmançı ilə təmsil olunur. Bunlar fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabovadır. V.Litvintsev “Pekin-2022”də artıq çıxışını başa vurub və 18-ci olub. Y.Ryabova isə fevralın 15-də və 17-də buz üzərinə çıxacaq.

“Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən ümumilikdə 2800-dən çox idmançı mübarizə aparır. Olimpiadada atletlər idmanın 15 növü üzrə 109 dəst medal uğrunda qüvvələrini sınayırlar.

Pekin Qış Olimpiya Oyunları fevralın 20-də yekunlaşacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: