Cüdoçularımız açıq Avropa turnirini iki medalla başa vurublar

A- A A+

Fevralın 12-də Bosniya və Herseqovinanın Sarayevo şəhərində start götürən cüdo üzrə açıq Avropa turniri başa çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün - yarışın ikinci günündə Azərbaycanın daha 7 cüdoçusu mübarizə aparıb. Cüdoçularımızdan heç biri medalçılar sırasına düşə bilməyib.

Beləliklə, komandamız yarışı iki medalla başa vurub. Belə ki, turnirin birinci günündə 60 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçularımız Turan Bayramov qızıl, Samir Piriyev gümüş medal qazanıblar.

Azərbaycan bu nəticə ilə ümumi komanda hesabında 5-ci yerdə qərarlaşıb.

Yarışda 26 ölkədən 321 idmançı iştirak edib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: