Taekvondoçumuz Radik İsayev “Turkish Open” beynəlxalq turnirinin qalibi olub

A- A A+

Kişi taekvondoçulardan ibarət millimizin üzvü Radik İsayev “Turkish Open” beynəlxalq turnirinin qalibi olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, taekvondoçumuz rəqibləri Türkiyə təmsilçisi Ekrem Əli Yılmaz, koreyalı Ho Yeon Kang, özbəkistanlı Şokruk Rəcəbov və son görüşdə Rusiya idmançısı Mixail Poduzovu məğlub edərək “Turkish Open”də qızıl medal qazanıb.

Komandanın digər üzvlərindən Səyyad Dadaşov (54 kq) və Məhəmməd Məmmədov (80 kq) yarımfinalda məğlub olaraq bürünc medala layiq görülüblər.

Beləliklə, komandamız 49 ölkədən 1250 taekvondoçunun qatıldığı ənənəvi turniri bir qızıl və dörd bürünc medalla başa vurub.

Xatırladaq ki, qadınlar arasında ilk yarış günü iki taekvondoçumuz - Patimat Abakarova (53 kq) və Fəridə Əzizova (67 kq) bürünc medala sahib olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: