Şahmat üzrə Azərbaycan çempionatının birinci mərhələsi yekunlaşıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, kişilər arasında keçirilən çempionatın  9-cu turunda beynəlxalq usta və qrosmeysterlər qarşılaşıb.  

Turun yekun nəticələrinə əsasən, beynəlxalq qrosmeysterlər Vasif Durarbəyli, Eltac Səfərli, beynəlxalq usta Məhəmməd Muradlı, o cümlədən FİDE ustaları Uğur İlyaslı, Fərid Mustafayev, Atilla Eynullayev və Elvin Bayramov qələbə əldə edən tərəf olub.  5 görüş isə heç-heçə ilə bitib.

Beləliklə, ilkin mərhələnin sonunda beynəlxalq qrosmeysterlər Vasif Durarbəyli, Aydın Süleymanlı, Misrəddin İsgəndərov və beynəlxalq usta Məhəmməd Muradlı növbəti mərhələyə vəsiqə eldə ediblər.

9-cu turun yekunundan sonra turnir cədvəlində ilk 5-ci və 10-cu yerləri tutan idmançılar mükafatlandırılıblar. Ardınca, püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticəsinə əsasən yarımfinal mərhələsində beynəlxalq qrosmeyster Vasif Durarbəyli-beynəlxalq usta Məhəmməd Muradlı ilə, beynəlxalq qrosmeyster Aydın Süleymanlı isə beynəlxalq qrosmeyster Misrəddin İsgəndərov ilə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, çempionat fevralın 18-dək davam edəcək.                                                                           

                                                                                            Azər Zeynalov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: