UEFA Millətlər Liqası: Rusiya millisi səfərdə Türkiyə yığmasını məğlub edib

A- A A+

Sentyabrın 7-də UEFA Millətlər Liqasında növbəti oyunlar keçirilib.

NUHÇIXAN xəbər verir ki, ikinci oyun gününün maraqla gözlənilən oyunu “Şenol Günəş Akyazı” stadionunda oynanılıb. “B” liqasının 2-ci qrupunda yer alan Türkiyə millisi Rusiya seçməsin qəbul edib. Oyunda hesabı ruslar açıblar. Kuzyayevin cinah ötürməsini sonra Denis Çerışev dəqiq zərbə ilə tamamlayıb. Qoldan sonra irəli atılan Mirça Luçeskunun yetirmələri fasiləyə qədər hesaba tarazlıq gətirə biliblər. Cərimə meydançasında Rusiya milli komandasının yarımmüdafiəçisi Yuri Qazinskinin qaytardığı topu Sərdar Əziz qüvvətli zərbə ilə qapıdan keçirdib. Birinci hissə 1:1 hesabı ilə başa çatıb.

Fasilədən dərhal sonra Rusiya seçməsi yenidən hesabda önə keçib. Artyom Dzyuba adını tabloya yazdırıb. Qoldan sonra türklər bir neçə qol vəziyyəti yaratsalar da, hesab dəyişilməyib. Görüş Stanislav Çerçesovun yetirmələrinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“A” liqasının 3-cü qrupunda yer alan dördqat dünya çempionu İtaliya millisi Polşa yığmasına qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. Polşalı Pyotr Zelinskinin qoluna on bir metrlik cərimə zərbəsi ilə Jorjinyo cavab verib.

“C” liqasının 4-cü qrupunda yer alan Litva yığması doğma meydanda Serbiya milisinə məğlub olub (0:1). Qrupun digər oyununda Rumıniya və Monteneqro milliləri heç-heçəyə razılaşıblar – 0:0.

Azərbaycan millisinin qrupunda yer alan Malta seçməsi səfərdə Farer Adaları yığmasının qonağı olub. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Albaniya yığması isə doğma meydanda İsrail millisindən üstün olub -1:0.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: