Ağbulaqda gənclərin növbəti “Qış məktəbi” başa çatıb - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, “Qış məktəbi”nin sayca ikinci düşərgəsində gənclər və idman naziri Ramil Hacı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sədri Arzu Qasımovun iştirakı ilə gənclərlə növbəti görüş keçirilib. Səmimi söhbət zamanı iştirakçıların fikir və təklifləri dinlənilib, könüllülük fəaliyyəti, bədən tərbiyəsi və idmanın təbliği, innovativ inkişaf imkanları, turizmə dəstək, layihələrin hazırlanması və müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb. 

Düşərgə müddətində "Numizmatika elmi" mövzusunda seminar, həmin mövzuda intellektual yarışma, “Kənd turizminin təbliği” adlı müsabiqə, bədii yaradıcılıq gecəsi, “Nə? Harada? Nə zaman?” intellektual oyunu, tanışlıq və diskussiya xarakterli görüş keçirilib. Həmçinin iştirakçılar tərəfindən yumoristik səhnəciklər nümayiş etdirilib, “Qış məktəbi”ndə fərqlənən komandalar sertifikatla təltif olunublar.

Qeyd edək ki, gənclərin istirahətini səmərəli təşkil etmək və onların şəxsi inkişafını sürətləndirmək məqsədilə təşkil olunan düşərgədə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və könüllü gənclər olmaqla ümumilikdə 40 nəfər iştirak edib.

“Qış məktəbi” Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyi və Həmkarlar İttifaqları Şurası tərəfindən təşkil olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: