Fransada atletika üzrə keçirilən Meeting De L'Eure yarışında (World Indoor Tour Silver Level) Azərbaycan idmançısı uğurla çıxış edib.
Azərbaycan Atletika Federasiyasından NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, millimizin üzvü Nazim Babayev yarışda bürünc medal qazanıb. O, üçüncü yerə üçtəkanla tullanma növündə 16.27 metr nəticə göstərməklə sahib olub.