“Marsel” – “Qarabağ” matçı həftə ərzində avrokuboklarda ən böyük maraq doğuran qarşılaşmalar arasında yer alıb

A- A A+

Avrokuboklarda pley-off mərhələsinin bu həftə keçiriləcək oyunları arasında ən böyük maraq doğuran 10 qarşılaşma açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Avropa arenasındakı yeganə təmsilçimiz “Qarabağ”ın “Marsel”lə görüşü də həmin siyahıya salınıb.

Çempionlar Liqasının səkkizdəbir, Avropa Liqası və Konfrans Liqasının isə 1/16 final mərhələlərinin ilk matçları çərçivəsində “Marsel” - “Qarabağ” mütləq baxılmalı 9-cu oyun hesab edilib.

Bu iki komandanın durumu da dəyərləndirilib: “Bu oyun Konfrans Liqasının ən parlaq posteri deyil. Ancaq “Marsel”in bu yarışda bütün gücünü ortaya qoyacağını təsəvvür etməmək çətindir. “Velodrom”dakı görüş mütləq izlənilməli, qaçırılmamalıdır. “Marsel” cavab oyunu üçün Azərbaycana yollanacaq. “Qarabağ” ölkə çempionatında liderdir, passivində cəmi bir məğlubiyyət var. Ona görə də çox ciddi qəbul edilməli rəqibdir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: