İnyesta "Barselona"ya qayıtmaq istəyir

A- A A+

Hazırda Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən Andres İnyesta İspaniya "Barselona"sına qayıtmaq istəyir.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə 38 yaşlı yarımmüdafiəçi yerli mətbuata açıqlama verib.

İspaniyalı oyunçu böyük məmnuniyyətlə yenidən Kataloniya təmsilçisinin formasını geyinə biləcəyini söyləyib: "Kluba kömək etmək istərdim. Amma gələcəkdə nə olacağını söyləmək çətindir. "Barselona" mənim evimdir. Mənə heç bir yer oradakından yaxşı olmayacaq".

Qeyd edək ki, Andres İnyesta 2002 - 2018-ci illərdə "Barselona"da çıxış edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: