PSJ-nin ulduz futbolçusu yeni rekorda imza atıb

A- A A+

PSJ-nin futbolçusu Kilian Mbappe Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin “Real Madrid” ilə ilk oyununun taleyini həll edən qola imza atıb. Fransalı hücumçu qitənin ən nüfuzlu klub turnirində 32-ci dəfə fərqlənib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, o, bu göstəriciyə ən gənc yaşında çatan futbolçu olub. Kilian 23 yaş 1 aylığında Çempionlar Liqasında 32-ci dəfə rəqib qapısına yol tapıb.

O, Lionel Messinin rekordunu arxada qoyub. Argentinalı 32 qol səddini 23 yaş 8 aylığında keçib. Mbappeyə bunun üçün 52 matç lazım olub.

Qeyd edək ki, 1:0 hesablı qələbə qazanan PSJ martın 9-dakı cavab oyununda “Real”ın qonağı olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: