Bu gün gənc boksçular arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşəcək

A- A A+

Bu gün gənc boksçular arasında təşkil edilən Azərbaycan birinciliyinin qalibləri müəyyənləşəcək.

Azərbaycan Boks Federasiyasından NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, Boks Mərkəzində təşkil edilən yarışın sonuncu günündə final görüşləri baş tutacaq. Qeyd edək ki, milli üzvlərindən Elgün Babayev, Amin Məmmədzadə (hər ikisi 51 kq), Kamil Babayev, Mətin Məmmədov (hər ikisi 54 kq), Arif Bayramov (57 kq), Tacı Tağızadə (60 kq), Zaur Qəhrəmanov (63,5), Səid Abdullayev (67 kq), Ənvər Babayev (75 kq), Fətəli İsmayılov (86 kq) və Rəşid Məmmədov (92 kq) çempion titulu uğrunda mübarizəni davam etdirirlər. Yeniyetmələrdən ibarət yığmadan gənclərə keçid edən Kənan Babayev, Tural Sarıyev (hər ikisi 48 kq), Nadir Məlikov (57 kq) və Sənan Hətəmov (71 kq) da qızıl medal şanslarını qoruyurlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: