Naxçıvanda könüllü gənclərdən ibarət komandaların iştirakı ilə futzal turniri keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində könüllü gənclərdən ibarət 4 komandanın iştirakı ilə dostluq turniri keçirilib.

Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, nazirlik tərəfindən təşkil olunan turnirdə qalib olimpiya sisteminə əsasən müəyyənləşib.

Yarımfinalda rəqiblərini məğlub edən “Şuşa” və “Qarabağ” final matçında üz-üzə gəliblər. Həlledici qarşılaşma “Şuşa” komandasının qələbəsi ilə yekunlaşıb.

Qalib komandanın üzvlərinə diplom təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: