UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu ada Fransanın PSJ klubundan Kilian Mbappe, İngiltərənin "Mançester Siti" komandasından Bernardu Silva, Avstriya "Zaltsburq"undan Məhəmməd Kamara və İngiltərə "Liverpul"undan isə Vircil Van Deyk iddia edir.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.