Çempionlar Liqası: Həftənin ən yaxşı futbolçusu bəlli olub

A- A A+

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, bu ada Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe layiq görülüb.

24 yaşlı fransalı forvard səsvermədə İngiltərənin "Mançester Siti" komandasından Bernardu Silvanı, Avstriya "Zaltsburq"undan Məhəmməd Kamaranı və İngiltərə "Liverpul"undan Vircil Van Deyki geridə qoyub.

Qeyd edək ki, PSJ ilk 1/8 final matçında evdə İspaniya "Real Madrid"inə 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu oyunun əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Kilian Mbappe vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: