UEFA Konfrans Liqası çərçivəsində keçirilən “Marsel” - “Qarabağ” matçında ermənilər növbəti təxribat xarakterli addım atıblar.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, stadiondakı bir qrup azarkeş tərəfindən qarşılaşmanın gedişində Ermənistan bayrağı açılıb.
Qeyd edək ki, "Qarabağ" FK mümkün erməni təxribatı məsələsi ilə bağlı UEFA-ya və "Marsel" klubuna müraciət edib. UEFA təhlükəsizliklə bağlı əlavə daha bir nəfər məsul şəxs ayırıb.
Qeyd edək ki, fevralın 17-də UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən "Marsel" - "Qarabağ" oyunu 3:1 hesabı ilə başa çatıb.