"Qarabağ"a 2 qol vurmuş futbolçu həftənin oyunçusu adına namizəd olub

A- A A+

UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk matçlarından sonra həftənin oyunçusu adına namizədlər açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, "4-lüy"ə "Qarabağ"la Fransadakı qarşılaşmada "Marsel"in dubl etmiş hücumçusu Arkadiuş Milik də düşüb.

Patson Daka ("Lester", İngiltərə), Yoel Andersen ("Midtüllan", İsveç) və Uqo Vetlesen ("Budyo Qlimt", Norveç) digər namizəd oyunçulardır.

UEFA Avropa Liqasında isə "4-lüy"ə Qvido Rodriges ("Betis", İspaniya), Toni Martines ("Portu", Portuqaliya), Berat Cimsiti ("Atalanta", İtaliya) və Alfredo Morelos ("Reyncers", Şotlandiya) düşüb.

Qalibin adına UEFA-nın rəsmi saytında keçirilən sorğu nəticəsində aydınlıq gələcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: