UEFA Avropa Liqası: Mahir Emreli Dinamo Zaqrebdə ilk oyununa çıxıb

A- A A+

UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyunlara yekun vurulub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, son olaraq 4 qarşılaşma oynanılıb.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası İspaniyada "Sevilya"nın qonağı olub. Zaqreb təmsilçisi 1:3 hesabı ilə uduzub. M.Emreli görüşün 57-ci dəqiqəsində Deni Yuriçin əvəzinə meydana daxil olub.

"Atalanta" İtaliyada Yunanıstanın "Olimpiakos" klubunu qəbul edib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Portu" Portuqaliyada İtaliyanın "Latsio" klubunu eyni hesabla yenib.

İspaniyanın "Real Sosyedad" komandası Almaniyada "Leyptsiq"lə bərabərə qalıb - 2:2.

Qeyd edək ki, cavab qarşılaşmaları bir həftə sonra olacaq.

Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

"Sevilya" (İspaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 3:1;

"Atalanta" (İtaliya) - "Olimpiakos" (Yunanıstan) - 2:1;

"Leyptsiq" (Almaniya) - "Real Sosyedad" (İspaniya) - 2:2;

"Portu" (Portuqaliya) - "Latsio" (İtaliya) - 2:1;

21:45. "Barselona" (İspaniya) - "Napoli" (İtaliya) - 1:1;

"Zenit" (Rusiya) - "Betis" (İspaniya) - 2:3;

"Şerif" (Moldova) - "Braqa" (Portuqaliya) - 2:0;

"Borussiya" (Dortmund, Almaniya) - "Reyncers" (Şotlandiya) - 2:4.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: