NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, son 4 qarşılaşmanın yarısı meydan sahiblərinin, yarısı qonaqların xeyrinə başa çatıb.
Gecənin gözlənilməz nəticəsi Şotlandiyada qeydə alınıb. "Seltik" öz meydanında Norveç "Budyo Qlimt"inə 1:3 hesabı ilə uduzub. Eyni hesabla "Marsel" Fransada "Qarabağ"ı məğlub edib.
Türkiyədə "Fənərbağça"nı 3:2 hesabı ilə məğlub edən "Slaviya"dan fərqli olaraq, Çexiyanın digər təmsilçisi "Sparta" öz meydanında Serbiyanın "Partizan" klubuna minimal hesabla uduzub. Gecənin böyük hesabla bitən yeganə qarşılaşmasında "Lester Siti" İngiltərədə Danimarkanın "Randers" komandasına qalib gəlib - 4:1.
Qeyd edək ki, komandalar arasında cavab matçları fevralın 24-də olacaq.
Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
PSV (Niderland) - "Makkabi" (Təl-Əviv, İsrail) - 1:0;
"Fənərbağça" (Türkiyə) - "Slaviya" (Praqa, Çexiya) - 2:3;
"Midtüllan" (Danimarka) - PAOK (Yunanıstan) - 1:0;
"Rapid" (Vyana, Avstriya) - "Vitess" (Niderland) - 2:1;
"Marsel" (Fransa) - "Qarabağ" (Azərbaycan) - 3:1;
"Lester" (İngiltərə) - "Randers" (Danimarka) - 4:1;
"Seltik" (Şotlandiya) - "Budyo Qlimt" (Norveç) - 1:3;
"Sparta" (Praqa, Çexiya) - "Partizan" (Serbiya) - 0:1.