“Həvəskar maliyyəçilər marafonu” adlı təlim keçirilib - FOTOLAR

A- A A+

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Sayca birinci olan təlimdə Naxçıvan Dövlət Universiteti tələbələri iştirak ediblər. "Gənclər və İdman Nazirliyi, “Naxçıvansığorta” ASC, “Naxçıvanbank” ASC-nin birgə təşkilatçılığı ilə icra olunan yeni - proqram xarakterli tədbirlər gənclərin bank və sığorta sahəsində müəyyən bilik və bacarıqlara yiyələnməsi, biznes layihələrinin icrasına dəstək, onlar üçün karyera və iş imkanlarının yaradılması, o cümlədən muxtar respublikada sahibkarlığın inkişafına dəstək olunması kimi məqsədləri özündə cəmləşdirir". Bu sözləri nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva tədbir zamanı səsləndirib. Qeyd olunub ki, proqrama uyğun olaraq təşkilatçı qurumların əməkdaşları tərəfindən tələbələr və gənclər üçün ayrı-ayrılıqda müxtəlif konseptli təlim və müsabiqələr keçiriləcək, onlar əməkdaşlarla birgə səyyar xidmət aparacaqlar. Tədbirlərdə fərqlənən gənclərə sertifikat veriləcək, uğurlu biznes ideyalarının dəstəklənməsi və işçi bacarıqları qiymətləndirilməklə işə qəbul imkanları yaradılacaq. 

Sonra təlimə start verilib. Təlimçi heyət tərəfindən iştirakçılara "Rəqəmsal dünyada bank sistemi", "Rəqəmsal bank sistemində müştərilərlə ünsiyyət və satış", "Sığortanın mahiyyəti" mövzuları və “Naxçıvansığorta” ASC-nin fəaliyyəti barədə məlumat verilib. Ardınca sözügedən mövzularla bağlı viktorina keçirilib və düzgün cavablandırmaya əsasən iştirakçılara diplom və hədiyyələr təqdim olunub. 

Qeyd edək ki, "Həvəskar maliyyəçilər marafonu" ilə bağlı təlimlər muxtar respublikada fəaliyyət göstərən digər ali və orta ixtisas təhsili müəssisələrini də əhatə edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: