Şərur rayonunda məşqçi-müəllim və idmançılarla görüş olub

A- A A+

Bu barədə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə məlumat verilib. Bildirilib ki, məşqçi-müəllim və idmançılarla görüşən gənclər və idman naziri Ramil Hacı onların qayğıları ilə maraqlanıb, ölkəmizdə, eləcə də muxtar respublikada bədən tərbiyəsi və idmana göstərilən yüksək dövlət qayğısından danışıb. Görüş zamanı vurğulanıb ki, bölgələrdə də bu sahənin inkişafı diqqətdə saxlanılır, idmançıların rayon xaricindəki yarışlarda iştirakının davamlı təmini, əhalinin, xüsusilə uşaq və yeniyetmələrin idmana cəlbi, mövcud maddi-texniki imkanların genişləndirilməsi və məşq bölmələrinin artırılması prosesi davam etdirilir. Məqsəd insanların bu sahəyə cəlbi ilə cəmiyyətdə sağlam həyat tərzinə nail olmaq, fiziki və əqli cəhətdən güclü, vətənpərvər, milli dəyərlərə bağlı gənclik modelini qorumaq və inkişaf etdirməkdir.

Görüşdə, həmçinin Şərur rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən idman zallarının fəaliyyəti ilə də yaxından tanışlıq olub, boks, güləş, kikboks, tir atıcılığı və ağır atletika zallarına baxış keçirilib, problem və çatışmazlıqların həlli, yaradılan şəraitdən səmərəli istifadə ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib, məşq prosesləri izlənilib.

Qeyd edək ki, belə görüşlər bundan sonra da davam etdiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: