Norveç yığması Qış Olimpiya Oyunlarında yeni rekorda imza atıb

A- A A+

Norveç yığması Qış Olimpiya Oyunlarında yeni rekorda imza atıb. Belə ki, Norveç komandası "Pekin-2022" Qış Olimpiya Oyunlarında 15 qızıl medal qazanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu, “Ağ Olimpiadalar” tarixində yeni rekorddur. İndiyədək heç bir yığma Qış Oyunlarında bu qədər çempionluq yaşamayıb.

Əvvəlki rekord iki komandaya məxsus idi. "Vankuver-2010"da Kanada, "Pxençxan-2018"də Norveç 14 qızıl medal əldə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: