"Lester" müdafiəçisi ilə müqaviləni uzadıb

A- A A+

İngiltərə "Lester"i futbolçusu Rikardu Pereyra ilə müqaviləni uzadıb.

NUHÇIXAN İnformasiya Agentliyinin klubun rəsmi saytına istinadən məlumatına görə, 28 yaşlı müdafiəçi ilə yeni sözləşmə 2026-cı ilədək nəzərdə tutulub. Portuqaliyalı oyunçu "tülkülər"in heyətində 2018-ci ildən çıxış edir. O, "Portu"dan 22 milyon avroya alınsa da, "Transfermarkt" hazırkı qiymətini 25 milyon avro sayır.

Qeyd edək ki, Rikardu Pereyra bu mövsüm Premyer Liqada 9 oyuna 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Avropa Liqasında da bir matça çıxmış təcrübəli müdafiəçi bir neçə qarşılaşmanı zədə üzündən buraxmalı olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: