Bu gün Azərbaycan Premyer Liqasının XVI turuna start veriləcək

A- A A+

Fevralın 19-da “Qəbələ” – “Səbail” oyunu ilə futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turuna start veriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Qəbələ şəhər stadionunda oynanılacaq görüş saat 15:00-da başlayacaq. Matçı Rauf Cabbarov idarə edəcək.

Hazırda əyalət təmsilçisi 26 xalla ikinci, paytaxt klubu isə 11 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Komandalar indiyədək Premyer Liqada 17 dəfə üz-üzə gəliblər. Bunların 8-də qəbələlilər, 4-də isə bakılılar qələbə qazanıblar. Top nisbəti də “qırmızı-qaralar”ın xeyrinədir - 31:16.

Digər matçda sonuncu çempion “Neftçi” komandası “Keşlə” ilə üz-üzə gələcək. Saat 17:15-də başlayacaq qarşılaşmanın baş hakimi Fərid Hacıyev olacaq.

“Ağ-qaralar” 15 turdan sonra 22 xalla 4-cü, qonaqlar isə 14 xalla 6-cı sıradadırlar. Paytaxt klubları ölkə çempionatlarında 68 dəfə qarşılaşıblar. Bu matçların 37-si “Neftçi”nin, 16-sı isə “Keşlə”nin qələbəsi ilə başa çatıb. Top fərqində də meydan sahiblərinin aşkar üstünlüyü hiss olunur - 108:66.

Tura fevralın 20-də oynanılacaq “Zirə” – “Sabah” və “Qarabağ” – “Sumqayıt” görüşləri ilə yekun vurulacaq.

Qeyd edək ki, 15 turdan sonra turnir cədvəlinə 36 xalla “Qarabağ” klubu başçılıq edir. “Qəbələ” 26 xalla ikinci, “Zirə” 25 xalla üçüncü, “Neftçi” isə 22 xalla dördüncü yerdədir. Digər pillələrdə “Sabah” (20), “Keşlə” (14), “Sumqayıt” (13) və “Səbail” (11) klubları qərarlaşıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: