Cüdoçumuz Zelim Kotsoyev “Böyük dəbilqə” turnirinin bürünc medalını qazanıb

A- A A+

Təl-Əvivdə keçirilən “Böyük dəbilqə” turnirində cüdoçumuz Zelim Kotsoyev bürünc medal qazanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz üçüncü yer uğrunda görüşdə Gürcüstan təmsilçisi Onise Saneblidzeni məğlub edib.

Bununla da, Azərbaycan komandasının qazandığı medalların sayı dördə çatıb.

Qeyd edək ki, bundan əvvəl çüdoçularımız Hidayət Heydərov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) qızıl, Yaşar Nəcəfov (66 kq) gümüş medal qazanıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: