İrina Zaretska Karate 1 Premyer Liqa seriyası yarışında qızıl medal qazanıb

A- A A+

Birləşmiş Ərəb Əmirliklərinin Fujeyra şəhərində keçirilən Karate1 Premyer Liqa seriyası yarışında Azərbaycan karateçisi İrina Zaretska qızıl medal qazanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 68 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız finalda İtaliya təmsilçisi Silvia Semeraronu məğlub edərək yarışın qalibi olub.

Komandamızın digər üzvləri Tural Ağalarzadə (67 kq) gümüş, Turqut Həsənov (84 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, Azərbaycan komandası yarışda ümumilikdə 9 idmançı ilə təmsil olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: