MMA-qarışıq döyüş növü üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qarışıq döyüş növləri üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.   

“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə keçirilən yarış Olimpiya İdman Kompleksində reallaşıb. Kikboksinq Federasiyası ilə Naxçıvan şəhər Gənclər və İdman idarəsi tərəfindən təşkil olunan birinciliyə 4 komandadan ümumilikdə 90 idmançı qatılıb. Görüşlər 3 yaş kateqoriyasında 15 çəki dərəcəsi üzrə keçirilib.

Olimpiya sisteminə əsasən qaliblərin müəyyən olunduğu yarışda 2010-2011-ci il təvəllüdlü idmançılar arasında “Turan” Döyüş Klubundan Onur Əliyev, Məmməd Məmmədov, Əbülfəz Cəfərov, Şahmərdan Vəli və “Kəngərli” komandasından Miryusif Seyidli fəxri kürsünün ilk pilləsinə qalxıblar.

2007-2009 və 2012-2014-cü il təvəllüdlü idmançılar arasında isə “Turan” Döyüş Klubunun təmsilçiləri bütün çəki dərəcələri  üzrə birinci olublar.

Sonda  idmançılara diplom və medallar təqdim edilib.

                                                               Rəmzi Tahirli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: