UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ"ın qonağı olacaq Fransanın "Marsel" klubu Bakıya gəlib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, baş məşqçi Xorxe Sampaoli ölkəmizə 22 futbolçu gətirib.
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Marsel" görüşü saat 21:45-də başlayacaq. İlk oyunda Fransa klubu 3:1 hesablı qələbə qazanıb