Bakıda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, millimiz hazırlıq çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri komandası ilə qarşılaşacaq. “Dalğa Arena”da keçiriləcək oyun saat 14:00-da başlayacaq.
Komandalar arasında fevralın 20-də təşkil olunan oyunda yığmamız 4:0 hesablı qələbə qazanıb.