Türkiyə futbolunun canlı əfsanəsi Tanju Çolakın Naxçıvana səfəri yekunlaşıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 59 yaşlı veteran futbolçu səfərin üçüncü günü Naxçıvan Biznes Mərkəzində olub.

Ardınca, gənclər və idman naziri Ramil Hacı, Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasov və federasiyanın idarə heyətinin üzvləri ilə görüş olub. Naxçıvanda futbolun inkişafı ilə əlaqədar təklif və dəyərləndirmələr aparılıb.

Günün ikinci yarısı sabiq futbolçu ilə Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasov, eləcə də federasiyanın idarə heyətinin iştirakı ilə Uzunoba gölünün ətrafındakı Təlim-Məşq İdman kompleksində dostluq matçı keçirilib.

Qeyd edək ki, sabiq futbolçunun səfəri fevralın 22-də başa çatıb.

     

Azər Zeynalov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: