Naxçıvan Dövlət Universitetində keçirilən məktəblilər arasında basketbol yarışı başa çatıb - FOTOLAR
Naxçıvan Dövlət Universitetinin idman zalında keçirilən yoldaşlıq görüşündə Babək rayon və Naxçıvan şəhər basketbol komandaları üz-üzə gəlib.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, açılış mərasimində ali təhsil ocağının Bədən tərbiyəsi və idman kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Məmmədəli Rəhimov basketbol idman növünün inkişafı üçün yaradılan şəraitdən danışıb. Qeyd edilib ki, yoldaşlıq görüşünün keçirilməsində məqsəd basketbolun inkişafına töhfə vermək, idmançılar arasında dostluq münasibətlərini möhkəmləndirməkdir.
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra yarışa start verilib.
Beynəlxalq Basketbol Federasiyasının mövcud qaydalarına əsasən keçirilən görüşün yekun nəticəsinə görə “Lokomotiv” komandası 49:16 hesabı ilə “Babək” komandasına qalib gəlib.
Sonda komandalara nümunəvi oyun nümayiş etdirdiklərinə görə diplom və hədiyyələr təqdim olunub.