Fevralın 24-də Ağdamın “Qarabağ” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində cavab oyununda Fransanın “Marsel” komandası ilə qarşılaşır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçda Ağdam təmsilçisinin heyətində meydana Luka Quqeşaşvili, Qara Qarayev, Maksim Medvedev, Patrik Andrade, Abdullah Zubir, Filip Ozobiç, Kadi Borges, İbrahima Vadji, Toral Bayramov, Marko Veşoviç və Kevin Medina meydana çıxıblar.
“Marsel”in ilk onbirliyində isə Stiv Mandanda, Vilyam Saliba, Bubakar Kamara, Matteo Genduzi, Dmitri Payet, Bamba Dyenq, Sedrik Bakambu, Luan Peres, Due Çaleta-Tsar, Valenten Ronjye və Pap Quye yer alıblar.
Qarşılaşmanı monteneqrolu hakimlər briqadası idarə edir. Oyunun baş hakimi Bartoş Frankovskidir. Martsin Boniek və Yakub Vinkler köməkçi hakimlərdir. Dördüncü hakim funksiyasını Kjiştof Yakubik yerinə yetirir.
Xatırladaq ki, Marseldə keçirilən ilk oyunda Fransa təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.